İngiltərə Futbol Federasiyası "Tottenhem"in futbolçusu Delli Allini cəzalandıra bilər.
“Yeni Sabah” “Mirror” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ingilis yarımmüdafiəçinin koronavirusla bağlı zarafatla paylaşdığı video olub.
Görüntüdə Alli üzünə maska taxaraq asiyalı insanlarla zarafat edib. Paylaşım insanların qəzəbinə tuş gəlib. Qurum onunla əlaqə saxladıqdan sonra 23 yaşlı məşhur futbolçu videonu “Snapchat” hesabından silməli olub. O, açıqlama yayaraq məqsədinin pis olmadığını və hər kəsdən üzr istədiyini bildirib. Dominos pizza
Hadisə ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, koronovirus ötən ayın sonu Çində yayılıb və 1017 nəfər epidemiyanın qurbanı olub. Ölkədə bütün növ idman yarışları dayandırılıb.
Telegram kanalımız