“Eris”dən necə qorunmalı? - Canan Karataydan MƏSLƏHƏTLƏR

saytların hazırlanması

Evə çatdırılma

“Eris”dən necə qorunmalı? - Canan Karataydan MƏSLƏHƏTLƏR

Sağlamlıq

06 Oktyabr 2023 16:14 4139


Sağlam qidalanma və ürək sağlamlığı mövzusunda məsləhətləri ilə tez-tez gündəmə gələn professor Canan Karatay bu dəfə koronovirusun  "Eris" ştammına dair xəbərdarlıq edib. 

O, payız-qış aylarında immum sistemimizi zireh kimi qoruyacaq qidaların siyahısını açıqlayıb. 

Yenisabah.az bu qidaları təqdim edir:  pizza sifarişi

Bildirilir ki, turşu, sirkə immum sistemimiz üçün çox vacibdir. Karatay bol sirkə ilə qarqara etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu qarqara ağız boşluğunun selikli qişasında, burunda və qıtlaqda olan virusları öldürür. Sirkə virusları, bakteriyaları, göbələkləri və toksinləri məhv edir. 

Son günlər tez-tez gündəmə gələn virusun "Eris" variantından danışan  Karatay “Yeni bir virus yoxdur. Bütün viruslar əsrlərdir variant-variant örtüyünü dəyişir. Bu viruslar həmişə var və hərəkətsizdirlər. Bədən sistemimizin müqaviməti qırlanda, bunlar aktivləşir” , - deyə qeyd edib.

Karatay bu aylarda immunitetin güclü qalması üçün vitaminli qidaları qəbul etməyi tövsiyə edib: 

“Sümük suyu içməyə çalışmalıyıq. Kəllə-paça yeyə bilməyənlər sümük bulyonu hazırlaya bilərlər. Bədəndə D və C vitamini yüksək olmalıdır”.

Qeyd edək ki, "Eris" ştammı COVİD-19-un Omikron variantının alt növü kimi müəyyən edilib. İlk dəfə 2023-cü ilin fevralında Cənubi Afrikada aşkarlanan Eris virusunun sürətlə dünyanınn digər bölgələrinə yayıldığı bildirilir. 

Nəzrin Musayeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!