Körpələr dəhşətli şəkildə həyatını itirdi...

saytların hazırlanması

Evə çatdırılma

Körpələr dəhşətli şəkildə həyatını itirdi...

Dünya

27 Dekabr 2024 23:22 354


Qəzzada soyuqdan ölən körpələrin sayı 4-ə yüksəlib.

Yenisabah.az xəbər verir ki, İsrailin hücumu nəticəsində Qəzzada infrastruktur və binaların demək olar ki, tamamilə dağıdılması ilə isinmə ehtimalı da aradan qalxıb.

Körpələr ən çox gecə soyuq havadan təsirlənir. Bu səbəbdən də ölüm sayı artır. pizza

İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi və demək olar ki, bütün əhalisini köçkün vəziyyətinə saldığı Qəzza zolağında soyuqdan ölən körpələrin sayının 4-ə yüksəldiyi bildirilib.

Təxminən 2,3 milyon əhalisi olan Qəzzada İsrail soyqırımı 15 aydan çoxdur davam edir.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Qəzzada hər 10 nəfərdən 9-u İsrailin hücumları səbəbindən evlərini tərk edib.

Köçkün fələstinlilər qalmağa yer tapa bilmədiklərindən, İsrailin hücumları və aclıqdan çətin şərtlər altında həyata tutunmağa çalışırlar.

Qəzzada didərgin düşmüş fələstinlilərin əksəriyyəti İsrailin hücumları nəticəsində ağır dağıntılar səbəbindən müvəqqəti çadırlarda məskunlaşmaq məcburiyyətində qalıb.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!