Körpələrə bu adları qoymaq istədilər:  Mamabikə, Yanık, Seçki, Yubuğ   - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Körpələrə bu adları qoymaq istədilər: Mamabikə, Yanık, Seçki, Yubuğ - Siyahı

Sosial

02 Sentyabr 2019 09:24 1156


“Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 48 müraciətə baxılıb”.

"Yeni Sabah" bildirir ki, bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb: Dördpendirli pizza

“Xanna, Lina, Mamabikə, Dua, Marel, Yanık, Yamel, Nanoş, Ofa, Nüyvər, Oyat, Nüzhəc, Süngüs, Tuqa, Vergili, Memed, Postaçı, Seçki, Səlo, Seva, Kayral, və Yubuğ adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!