Körpəni 10 min dollara satdılar 

saytların hazırlanması

Evə çatdırılma

Körpəni 10 min dollara satdılar 

Hadisə

08 Noyabr 2023 21:38 1157


Moskva hüquq-mühafizə orqanları yeni doğulmuş uşağın satışı ilə bağlı cinayət işi başlamaq üçün məlumat toplayır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə paytaxt prokurorluğu öz Telegram kanalında məlumat yayıb. 

1992-ci il təvəllüdlü doğuş edən qadın polisə müraciət edib. O, internetdə tanış olduğu başqa qadın üçün uşaq dünyaya gətirməyə razılaşdığını deyib. Surroqat ana özəl klinikanın donor materialından istifadə edərək IVF əməliyyatı keçirib. Eyni zamanda, müştəri hər ay hamilə qadının kartına 25 min rubl (270 dollar) köçürüb.  pizza hut

Qadın bir oğlan uşağı dünyaya gətirib və doğuşdan sonra uşağı müştəriyə sataraq onun üçün ümumilikdə 1 milyon rubl (10 min dollar) alıb. 

Müstəntiqlər faktla bağlı “İnsan alveri” maddəsi ilə cinayət işi başlamağa hazırlaşır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!