Korrupsiyaya görə həbs edilən prokuror bəraət aldı

saytların hazırlanması

Evə çatdırılma

Korrupsiyaya görə həbs edilən prokuror bəraət aldı

Kriminal

29 Yanvar 2021 23:24 1678


2018-ci ildə həbs olunan İsmayıllı rayon prokuroru Ülvi Abbasov bəraət alıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Ali Məhkəmənin qərarı bir neçə gün əvvəl elan edilib.

Amma onunla eyni cinayəti törətməkdə təqsirli bilinin köməkçisi Faiq Quliyev həbsdə saxlanılıb. pizza

Qeyd edək ki, Ü.Abbasov və köməkçisi Faiq Quliyev kimi külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilib. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq həbs edilmişdilər.

Baş Prokurorluğun yaydığı məlumata görə, adıçəkilən vəzifəli şəxslər iş adamları Azad Əliyev və Qalib Süleymanovdan Göyçay və İsmayıllı rayonlarda qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı onlar barəsində cinayət işi başlanmaması üçün külli miqdarda rüşvət alıb. Hər iki biznesmen karxana sahibi olublar: “Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib”.

Eyni zamanda həmin məlumatda qeyd olunurdu ki, bu məsələ ilə bağlı araşdırmalar isə Göyçay rayonunda körpünün uçmasından sonra başlanılıb və məsələ prezident İlham Əliyevin nəzarətindədir.

Ülvi Abbasov 2016-cı ildə sabiq baş prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı rayon prokuror təyin edilib. Ondan əvvəl isə Binəqədi rayonunda prokuror köməkçisi kimi çalışıb.  /Bakupost


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!