Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirdi:   Vəzifəli şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirdi: Vəzifəli şəxslər saxlanıldı

Hadisə

17 Aprel 2021 21:28 2140


Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var.

Yenisabah.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Məmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərini rayon İcra Hakimiyyətindən təsdiqləyiblər. pizza hut

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!