Kosmosa buraxılan raket qəzaya uğrayıb

saytların hazırlanması

Evə çatdırılma

Kosmosa buraxılan raket qəzaya uğrayıb

Dünya

14 İyun 2020 08:06 912


İyunun 14-də Yaponiyanın “Interstellar Technologies” şirkəti tərəfindən kosmosa buraxılan raket qəzaya uğrayıb.

Yaponiya KİV-ləri yazır ki, Hokkaydo prefekturasında yerləşən şirkət mini raketi yerli vaxtla səhər saat 5:15 dəqiqədə Tayki şəhərindəki ərazisindən buraxıb.

Şirkətdən bildiriblər ki, raketin mühərriki startdan təqribən bir dəqiqə sonra qəzaya görə dayanıb və raket dənizə düşüb. Pepperoni pizza

İlkin təhlilə görə raketin təqribən 11 kilometr yüksəkliyə qalxdığı bildirilir. Raketin uçuşunu əks etdirən kadrlarda onun dənizə tərəf əyildiyi aydın görünür.

“Momo-5” adlanan raketin hündürlüyü 10 metr, diametri 50 santimetrdir. Bu ölçülər ötən ilin iyulunda buraxılan dördüncü raketlə eynidir.

Cari ilin yanvarında Şirkət “Momo-5”-in buraxılışını raketin kommunikasiya sistemində olan problemlərə görə təxirə salıb. Bundan sonra həmin çatışmazlıqların aradan qaldırılması üzərində iş aparılıb.

Qeyd edək ki, bu, “Momo” raketinin sayca beşinci buraxılışı idi. Yalnız ötən ilin mayında buraxılan üçüncü raket qarşıya qoyulan məqsədi həyata keçirərək 100 kilometr hündürlüyə qalxıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!