Kosta-Rikanın "Qvadelupe" klubunun hücumçusu Frank Zamora karyerasını Azərbaycanda davam etdirə bilər.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, bunu klubun meneceri Robert Qarbando mətbuata açıqlamasında deyib. O bildirib ki, 28 yaşlı futbolçuya Azərbaycandan da təklif var: "Onun üçün iki təklif var. Biri Azərbaycan klubudur, digəri isə Asiya klubu".
Qeyd edək ki, Frank Zamora karyerası ərzində yalnız Kosta-Rika klublarında top qovub. Hücumçunun "Qvadelupe" ilə müqavilə müddəti gələn ilin dekabrında bitəcək. pizza
Telegram kanalımız