Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən Hüseyn Arac Danimarkanın ictimai-siyasi və sosial həyatında fəallığına görə Danimarka Krallığının “Şərəf” medalı ilə təltif edilib.
Bu barədə "Yeni Sabah"a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Elturk məlumat verib.
“Hüseyn Arac Danimarkanın Kraliçası Ülyahəzrət II Marqrete tərəfindən “Şərəf” medalı xidmət medalı ilə təltif edilib. pizza mizza
Hüseyn Arac Danimarkanın ilk türk əsilli millət vəkili olub. Hazırda Arhus şəhər bələdiyyəsinin üzvüdür.
Hüseyn Arac bir neçə dəfə Azərbaycanda səfərdə olub. Qarabağ işğalda olduğu müddətdə Azərbaycanı müdafiə edən açıqlamalar verib.
O, eyni zamanda Azərbaycanda yeni yaranan Türk Ağsaqqalları Birliyi idarə heyətinin üzvüdür. Birlik yarandığı ilk gündən mənəvi dəstəyini göstərib”.
E.Eltürk onu da bildirib ki, Sosial Demokrat Partiyasından millət vəkili olduğu müddətdə Danimarkanın, Türkiyənin Avropa Birliyinə üzv olması üçün dəstək verib və önəmli fəaliyyətlərə imza atıb.
Telegram kanalımız