Kraliçanı ələ salan qadına 2 il həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Kraliçanı ələ salan qadına 2 il həbs cəzası verildi

Maraqlı

13 Sentyabr 2022 14:11 1062


Tailandlı etirazçı kraliçanı ələ saldığı üçün 2 il həbs cəzasına məhkum edilib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Banqkok Cənub Cinayət Məhkəməsində 2020-ci ilin oktyabrında monarxiya islahatı tələbi ilə etiraz aksiyası çərçivəsində keçirilən nümayişdə kraliçanı ənənəvi geyimdə gəzdiyinə görə ələ saldığı iddia edilən Yatuporn Saeouengin işinə baxılıb. 

Yatuporn açıqlamasında Kraliçanı təqlid etmək və ya kral ailəsini ələ salmaq üçün deyil, rahat hiss etdiyi üçün həmişə ənənəvi geyim geyindiyini söyləyib. Dördpendirli pizza

İddiaçının məsələni səhv başa düşdüyünü iddia edən Yatuporn məhkəməyə də ənənəvi Tayland geyimində qatılıb.

Məhkəmə əvvəlcə Yatuporna "lese majesty" deyilən "krala xəyanət" ittihamı ilə 3 il həbs və 1500 Tayland bahtı cəza versə də daha sonra cəzası yüngülləşdirilib. 23 yaşlı qadın 2 il həbs cəzasına məhkum edib və 1000 baht cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!