Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - Foto

Hadisə

17 Sentyabr 2021 18:15 957


Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Yenisabah.az xəbər verir ki, məlumata görə, hadisə Şirvan şəhərinin “Qarasu OYL” şirkətinin podratçı təşkilatı olan “İlkin-N” firmasının sexində baş verib.

Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexdə kranın dəmir qarmağı dəyib. pizza

Nəticədə fəhlə aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb. Meyit Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə Şirvan prokuroluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

Faktla bağlı Şirvan prokuroluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ələsgər Ələsgərov
    Başa düşülən deyil, qarmaq deyibsə demeli qoruyucusu vasitədən istifadə etməyib . Əgər bütün müvafiq təlimatlar olunsa kamranın nəgunahi var
    5 years ago