Kredit təşkilatının pulunu mənimsəyən qadın həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Kredit təşkilatının pulunu mənimsəyən qadın həbs edildi

Kriminal

13 Aprel 2020 16:24 1443


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bank olmayan kredit təşkilatının pulunu mənimsəyən qadın barəsində cinayət işi başlayıb. 

“Yeni Sabah”ın məlumatına görə, Səfərova Zinyət Məmmədrəsul qızı “Pro Kredit” BOKT ASC bank olmayan kredit təşkilatının külli miqdarda pulunu mənimsədiyinə görə, ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb və həbs- qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, məhkəmə prosesi aprel ayının 14-də hakim Elçin Ağayevin sədrliyi ilə keçiriləcək. pizza sifarişi

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!