“Kreml bu nağılı ona görə quraşdırıb ki...”   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Kreml bu nağılı ona görə quraşdırıb ki...” - AÇIQLAMA

Siyasət

26 Avqust 2020 16:33 1341


“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşür, strateji tərəfdaşlıqdan danışır, sonra da erməni həmkarı Zöhrab Mnatsakanyana zəng edir və regional vəziyyəti müzakirə edir. Bu nə tələskənlikdir? Görünür, Lavrov bununla mesaj verir ki, Azərbaycanla iqtisadi və regional layihələr çərçivəsindəki “strateji tərəfdaşlıq” öz yerində, ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarının əleyhinə addım atılmayacaq”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Bakıya gələrək bizi inandırmağa çalışır ki, Rusiyadan Ermənistana təyyarələr daşınan hərbi yük deyilmiş, Rusiya hərbi bazaları üçün nəzərdə tutulan “inşaat texnikasıydı”:

“Kreml bu nağılı ona görə quraşdırıb ki, rəsmi Bakı bir daha hərbi yük məsələsinə qayıtmasın”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!