Rusiya və Amerika nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqlarda Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm addım atılıb.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Sülh yolu ilə nizamlanma üçün lazımi şəraitin yaradılması istiqamətində çox, çox mühüm addım atıldı. Hər iki tərəfdə lazımi siyasi iradə nümayiş etdirildi, mən Rusiya və ABŞ-ı nəzərdə tuturam". pizza sifarişi
Peskov əlavə edib: "Gəlin görək Kiyev rejiminin hansı siyasi iradəsi varmı. Baxın, hələlik görürsünüz ki, Zelenski kifayət qədər ziddiyyətli bəyanatlar verir. Amma yəqin ki, gec-tez o, öz mövqeyini formalaşdıracaq".
Kreml sözçüsü Ukrayna tərəfdən kimin danışıqlarda iştirak edəcəyi ilə bağlı hər hansı bir fikrin olub-olmaması ilə bağlı sualına belə cavab verib: “Xeyr, buna Kiyev qərar verəcək”.
Telegram kanalımız