Kreml: KTMT missiyası hələ sərhədə getməyib

saytların hazırlanması

Evə çatdırılma

Kreml: KTMT missiyası hələ sərhədə getməyib

Rəsmi

14 Sentyabr 2022 14:39 916


"Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Şübhəsiz ki, gərginlik var. Bilirsiniz ki, dünən KTMT missiyasının təşkilatın baş katibi Stanislav Zasın rəhbərlik etdiyi sərhədə getməsi qərara alınıb. Onlar baxılacaq hesabatı dövlət başçılarına təqdim edəcəklər”, - deyə Peskov jurnalistlərə deyib. Toyuqlu pizza

KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinovun bir müddət əvvəl dediyi kimi, sentyabrın 13-də KTMT Daimi Şurasının fövqəladə iclası keçirilib, iclasda Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətdən həddindən artıq narahatlıq ifadə olunub və nizamlanma üçün KTMT mexanizmlərindən istifadəyə dair təkliflərə baxılıb.

D. Peskov əlavə edib ki, KTMT missiyası hələ ki, Ermənistan və Azərbaycan sərhədindəki eskalasiya zonasına gəlməyib:

“KTMT missiyası, bildiyimə görə, hələ gəlməyib. Qərar dünən axşam saatlarında qəbul edilib, lakin misiya hələ formalaşdırılmalıdır, sonra ora getməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!