Kreml: Maya Sandunu Moldova prezidenti kimi tanımırıq

saytların hazırlanması

Evə çatdırılma

Kreml: Maya Sandunu Moldova prezidenti kimi tanımırıq

Dünya

05 Noyabr 2024 13:33 468


“Maya Sandu ölkəsinin prezidenti deyil, çünki Moldovada əhalinin əksəriyyəti ona səs verməyib, söhbət bölünmüş cəmiyyətdən gedir".

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, xaricdə yaşayan minlərlə Moldova vətəndaşına ölkədə keçirilən prezident seçkilərində səs vermək imkanının verilməməsi seçkilərin nəticələrinə təsir etməyə bilməzdi: "Bu seçkilər nə demokratik, nə də ədalətli idi". Dominos pizza

Peskov qeyd edib ki, Rusiya Moldovada seçkilərə müdaxilə etməyib: "Rəsmi Moskva etibarlı məlumatlarla dəstəklənən heç bir qınaq eşitməyib. Moldova müxalifəti qeyri-qanuni hücumlara və həbslərə məruz qalır - bu, rəsmi Kişinyovun qeyri-demokratik xəttinin təzahürüdür".

Kremlin sözçüsü əlavə edib ki, Dnestryanı bölgənin sakinləri Moldovanın hazırkı rəhbərliyini dəstəkləməyə meyilli deyillər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!