Kreml: Paşinyan Putini Aİ ilə münasibətlərlə bağlı məlumatlandırıb

saytların hazırlanması

Evə çatdırılma

Kreml: Paşinyan Putini Aİ ilə münasibətlərlə bağlı məlumatlandırıb

Dünya

17 Yanvar 2025 14:47 191


Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı sədrliyinin yekunlarını, bu qurum çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər, eləcə də ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıblar. Pepperoni pizza

Söhbət zamanı həmçinin xüsusilə də energetika sahəsində inteqrasiya məsələsi də diqqət mərkəzində olub.

Paşinyan Rusiya liderinə ölkəsinin Avropa İttifaqı ilə münasibətləri və bu istiqamətdə atılacaq addımlar barədə də məlumatlandırıb.

Rusiya lideri müvafiq şərh və qiymətləndirmələr verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!