Aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə sazişlərin icrasını müzakirə edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıqlarda tərəflər Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar. Sezar pizza
“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlər də nəzərdən keçiriləcək", - deyə məlumatda əlavə edilir.
Telegram kanalımız