Kreml Vladimir Putinlə İlham Əliyevin Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində "görüşünün" planlaşdırılıb-planlaşdırılmadığını dəqiqləşdirməyib.
Yenisabah.az interfax-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi sualı cavablandırarkən bildirib:
"Hazırda ikitərəfli görüşlərin cədvəlini hazırlayırıq, bu, çinli dostlarımızın təşkil edəcəyi tədbirlərə daxil edilməlidir, bu, yekunlaşdıqdan sonra sizə məlumat verəcəyik". pizza sifarişi
"Putin hazırda Vladivostokda keçiriləcək Uzaq Şərq İqtisadi Forumuna fəal şəkildə hazırlaşır", - Peskov prezidentin sentyabrın 5-də forumun plenar iclasında çıxışının planlaşdırıldığını xatırladıb.
“Bundan əvvəl Putin Çinə tamamilə görünməmiş səfər edəcək, hazırda onun üçün hazırlıq gedir”, - o əlavə edib.
Telegram kanalımız