Kreml təsdiqlədi: Putin İrana gedir

saytların hazırlanması

Evə çatdırılma

Kreml təsdiqlədi: Putin İrana gedir

Rəsmi

12 İyul 2022 14:30 812


Rusiya prezidenti Vladimir Putin iyulun 19-da Tehrana səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremldən məlumat yayılıb.

İrana səfəri çərçivəsində Rusiya dövlət başçısı prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək. Həmçinin, ikitərəfli görüşlər keçirəcək. Dominos pizza

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov əlavə edib:

"Bəli, bunu təsdiqləyə bilərik. Həqiqətən də, prezidentin Tehrana səfəri hazırlanır. Astana prosesinin qarantı olan dövlət başçılarının görüşü olacaq. Bildiyiniz kimi, bu, Suriya nizamlanmasının təşviqi üçün bir prosesdir”.

Peskov qeyd edib ki, İranda Rusiya Federasiyasının prezidenti üçün həm ikitərəfli, həm də üçtərəfli təmaslar planlaşdırılır.

“Putin, Rəisi və Ərdoğan arasında görüş olacaq. Üçtərəfli görüşdən əlavə, təbii ki, ikitərəfli görüş də olacaq. Dünən Putin və Ərdoğan arasında gözlənilən yüksək səviyyəli təmaslar barədə məlumat vermişdik. Bu görüş də orada olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!