Kreml Tramp-Putin dialoquna hazırlığın getdiyini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Kreml Tramp-Putin dialoquna hazırlığın getdiyini təsdiqlədi

Dünya

13 Fevral 2025 14:18 175


Moskva ABŞ ilə dialoq çərçivəsində ölkənin təhlükəsizliyi ilə bağlı bütün narahatlıqların, o cümlədən NATO-nun genişlənməsi məsələlərinin hərtərəfli müzakirə ediləcəyini gözləyir.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Ölkəmizin təhlükəsizliyi ilə bağlı bütün narahatlıqlar hamıya məlumdur. Mövqeyimiz sabitdir, bunu hamı bilir. Təbii ki, Avropa qitəsində təhlükəsizliklə bağlı bütün məsələlər, xüsusən də ölkəmizə, Rusiya Federasiyasına aid olan aspektlərdə onlar hərtərəfli müzakirə olunmalıdır. Gözləyirik ki, məhz belə olacaq", - deyə prezidentin mətbuat katibi vurğulayıb. Sezar pizza

Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası və ABŞ prezidentləri arasında görüş təşkil etmək üçün danışıqlar qrupunun hazırlanmasına başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!