Kremldə gizli görüş: Koçaryan Putinin kuratoru ilə nə barədə danışıb?

saytların hazırlanması

Evə çatdırılma

Kremldə gizli görüş: Koçaryan Putinin kuratoru ilə nə barədə danışıb?

Dünya

12 Aprel 2025 11:14 442


Bu yaxınlara qədər Putinin administrasiyası rəhbərinin müavini Dmitri Kozak Rusiya prezident administrasiyasında Ermənistan üzrə kurator olub, lakin təxminən bir ay əvvəl onu Rusiyanın keçmiş baş naziri Sergey Kiriyenko əvəzləyib. Kiriyenko həm də Abxaziya, Cənubi Osetiya və Moldova istiqamətlərini koordinasiya edir.

Yenisabah.az xəbər verir ki, bu barə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edib: pizza mizza

"Bu, onu göstərir ki, Ermənistan Kreml üçün mühüm sahəyə çevrilib və bu sahəyə daha nüfuzlu məmur təyin olunur. Putin Kiriyenkoya güvənir, o, Kremldə çox məsuliyyətli və mühüm rol oynayır.

Bu ay Kiriyenko vəziyyətlə tanış olur. Bu müddət ərzində o, bəzi erməni xadimləri ilə əlaqə saxlayıb, hətta onlardan bəzi informasiyalar da alıb. Bundan başqa, Ermənistan ikinci prezidenti Robert Koçaryan Moskvaya gedib və Kremldə Kiriyenko ilə görüşüb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!