Kremldən Azərbaycan və Ermənistan liderlərinin ABŞ razılaşması ilə bağlı   İLK AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Kremldən Azərbaycan və Ermənistan liderlərinin ABŞ razılaşması ilə bağlı İLK AÇIQLAMA

Siyasət

09 Avqust 2025 18:22 571


“Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır. Ən mühüm şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına əsaslanaraq hərtərəfli normallaşmasıdır”.

"Report"un xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda əldə etdiyi razılaşmanı şərh edərkən deyib.

“Biz regional təhlükəsizlik üçün bu əsas məqsədə nail olmağa töhfə verən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Cənubi Qafqaz respublikalarının rəhbərlərinin Vaşinqtonda görüşü müsbət qiymətə layiqdir. Ümid edirik ki, bu addım sülh gündəminin irəliləməsinə kömək edəcək. pizza

İki ölkə arasında barışıq regional kontekstdə inteqrasiya olunmalı və maraqlar balansına və tərəflərin və qonşu dövlətlərin prioritetlərinə qeyd-şərtsiz hörmətə əsaslanmalıdır.”, o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!