“Kreml Ermənistandakı seçkilərlə bağlı vəziyyəti izləyir”.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Kreml Ermənistandakı seçkilərlə bağlı vəziyyəti izləyir və xalqın qərarını ölkənin davamlı inkişaf trayektoriyasına girməsinə kömək etməsini istəyir”. Marqarita pizza
Peskovun sözlərinə görə, Kreml Baş nazir Nikol Paşinyanın seçkilərdə inamlı qələbəsini görür və erməni xalqını seçimi münasibətilə təbrik edir.
“Biz Ermənistan Mərkəzi Seçki Komissiyasının bu seçkilərin baş tutması barədə məlumatını alqışlayırıq. Əlbəttə, Paşinyan partiyasının inamlı qələbə qazandığını görürük. Erməni xalqını bu seçimi münasibətilə təbrik edirik”, – deyə Kremlin sözçüsü jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Telegram kanalımız