Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar –   Şarmazanov

saytların hazırlanması

Evə çatdırılma

Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov

Siyasət

17 Noyabr 2024 12:27 845


Serj Sərkisyanın hakimiyyəti illərində (2008-2018) Rusiyanın İrəvana pulsuz verdiyi – hədiyyə etdiyi silahların ümumi həcmi 50 min ton olub.

Bu barədə Ermənistan parlamentinin müxalifətdən (“Ermənistan” fraksiyası) olan deputatı Eduard Şarmazanov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Rusiya dünyada heç bir ölkəyə İsgəndər-M verməyib, yalnız Ermənistandan başqa. Ermənistan Rusiyadan 4 ədəd nüvə başlığı daşıya bilən uzaqmənzilli İsgəndər-M sistemini də Sərkisyanın hakimiyyəti illərində alıb: pizza

“Ermənistan Rusiyadan zavod qiymətləri ilə silah və silah-sursatın alınması haqqında müqaviləni də parlamentdə Sərkisyanın vaxtında ratifikasiya etmişdi. Ümumi məbləğ 300 milyon dollar idi”.

Qeyd edək ki, Rusiya “zavod qiymətinə” satdığı texnika üçün Ermənistana həm də faizsiz kredit vermişdi.(axar.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!