Krım körpüsündə çatlar aşkarlandı: Çökə bilər?

saytların hazırlanması

Evə çatdırılma

Krım körpüsündə çatlar aşkarlandı: Çökə bilər?

Hadisə

02 İyun 2023 07:54 876


Krımda rusiyalılar tərəfindən inşa edilən Krım körpüsünün bəzi sütunlarında çatlar əmələ gəlib.

Bu barədə “Krımskiy veter” “Telegram” kanalı məlumat verib.

“Kerç körpüsünün dayaqları yorulub. Artıq vaxtdır”, - deyə bununla bağlı paylaşımda qeyd edilib. pizza hut

Kerç boğazı üzərindən keçən bu körpü müvəqqəti işğal olunmuş Krımı Rusiya ilə birləşdirir, Kerç və Taman yarımadalarını birləşdirir. Körpü yarımadanın qanunsuz ilhaqından sonra rusiyalılar tərəfindən inşa edilib. 2018-ci ildə avtomobil hissəsi, bir il sonra sərnişindaşıma üçün dəmiryolu hissəsi, 2020-ci ildə isə yük daşınması üçün nəzərdə tutulan hissəsi istifadəyə verilib.

Rusiyalılar, həmçinin bu körpüdən Ukraynadakı hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi, hərbi məqsədlər üçün də istifadə edirlər. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!