Kriminal avtoritet hakim qarşısında 

saytların hazırlanması

Evə çatdırılma

Kriminal avtoritet hakim qarşısında 

Kriminal

15 Aprel 2020 09:14 1763


Gəncə şəhərində odlu silahla saxlanılan ”Osman Gəncinski” kimi tanınan kriminal avtoritetin cinayət işi baxılması üçün Kəpəz Rayon Məhkəməsinə göndərilib. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah saxlama) maddəsi ilə təqsirləndirilən Mərdanov Osman Təvəkkül oğlunun  cinayət işinə hakim Cavid Tağıyev sədrlik edəcək. 

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz  Rayon Polis İdarəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdanovun üzərində silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.  Pepperoni pizza

Dərhal Mərdanovun izinə düşən asayiş keşikçiləri onu saxlamağa müvəffəq olublar. Polis İdarəsində saxlanılan şəxsin üzərində axtarış aparılan zaman ondan 1 ədəd üstündə “Makarov” sözü yazılan qaz tapançası  aşkar olunaraq  götürülüb.  Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Mərdanovun yaşadığı evə də baxış keçirilib, oradan sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş “Kalaşnikov AK 74” markalı avtomat, həmin silaha aid 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri aşkarlanaraq götürülüb. Saxlanılan Osman Mərdanov Rusiya Federasiyasında quldurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Osman Gəncinski” kimi tanınır. Təqdirləndirilən Osman Mərdanovun sözlərinə görə, Kalaşnikov avtomatını evdə, tapançanı isə üstündə saxlayıb: “Dostlu-düşmənli adamam. Mən kimisə vurmamışam. Silahdır, üstümdə saxlayırdım”.

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!