“Kriminal elementlər post-karantin dövründə fəallaşacaq”   – Vəkillər Kollegiyasının üzvü 

saytların hazırlanması

Evə çatdırılma

“Kriminal elementlər post-karantin dövründə fəallaşacaq” – Vəkillər Kollegiyasının üzvü 

Kriminal

15 Aprel 2020 12:20 1054


İşsizlik, maddi problemlər həmişə kriminal mühiti fəallaşdırıb. İnsanlar ehtiyac içərisində çapalayanda cinayət törətməyə daha çox meyl edirlər. Koronavirus pandemiyası ilə əlaqədar dünyanın hər yerində, o cümlədən Azərbaycanda minlərlə insan işsiz qalıb. Maraqlıdır, indiki çətin dövr Azərbaycanda kriminal elementlərin fəallaşmasına səbəb ola bilərmi?

 Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, maddi problemlər yarandıqda kriminal ünsürlərin daha da artdığını müşahidə edirik: “Düzü, indiki dövrdə güman etmirəm ki, kriminal elementlərdə ciddi artım olsun. Çünki bayıra çıxmaq məsələsində ciddi məhdudiyyətlər var. Adətən, maddi vəziyyətlə bağlı oğurluq halları daha da artır, lakin indi küçələrdə polislər növbə çəkirlər. Bu səbəblə qorxulu halın post-karantin dövründə olacağını düşünürəm. İndi insanlar pis vəziyyətdədir və karantindən dərhal sonra vəziyyətin düzəldilməsi mümkün olmayacaq, proses bir qədər uzanacaq. İş yerlərinin fəaliyyətini bərpa etməsi, əməkhaqqının ödənməsi və s. bir müddət çəkəcək. Lakin həmin dövrdə artıq nəzarət zəif olacaq. Məhz buna görə kriminal elementlərin artdığını görəcəyik, bu gözləniləndir. Nəzarətsizlikdən istifadə edən kriminal yönlü şəxslər vəziyyəti gərginləşdirə bilərlər. Hüquq mühafizə orqanları buna diqqət edib elə karantindən sonra da gücləndirilmiş iş rejimində fəaliyyət göstərməlidirlər”. 

Vəkil intihar cəhdlərinin elə karantin dövründən yüksəlişə keçəcəyini diqqətə çatdırıb. O, ailələrin vəziyyətinin stabilləşməsi üçün addımların atılmalı olduğunu vurğulayıb: “Bu dövrdə xüsusilə ailə başçıları, ev xanımları narahatlıq keçirirlər. Əslində, bu kimi hallar karantindən əvvəl də belə idi. Ailənin ehtiyacları qarşılanmayanda ailə başçıları psixoloji gərginlik keçirirdilər, çıxışı da intiharda görürdülər. İndi isə daha da arta bilər. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. İlk növbədə insanların heç olmasa ilkin tələbatlarının qarşılanması üçün addımlar atılmalıdır.Müvafiq təşkilatlar bunların hamısını nəzərə almalıdırlar. Yardımların təşkilinə nəzarət edilməli və onlar artırılmalıdır. İsanlar hazırda ən cuzi təminatla kifayətlənirlər. Lakin artıq ac qalanda seçim qalmır, oğurluğa üz tuturlar. Təşviş hissi onlarda ölür. Ona görə də belə ailələr müəyyən edilməli və ciddi şəkildə onların təminatı ilə məşğul olunmalıdır. Düzdür, ayrı-ayrı şəxslər yardım edir. Lakin bu xaotikdir. Belə hallarda hər hansı bir ailə “facebook”da yazılan məlumatlar hesabına yardım ala bilir, amma nəzərə almaq lazımdır ki, “facebook”u olmayanlar da var, onlar yardımsız qalır. Əslində, ayrı-ayrı şəxslərin təşəbbüsü olmamalıdır, bunu mərkəzləşdirilmiş şəkildə həyata keçirmək lazımdır. Bələdiyyələrin, icra hakimiyyətlərinin təşkilatçılığı ilə ailələr siyahıya alınmalıdır və yardım göstərilməlidir”.  Toyuqlu pizza

Sayad Həsənli

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!