⁠“Kristal”dan yayılan uydurma informasiya ilə bağlı açıqlama: Layihənin konstruktiv hissəsi tam təhlükəsizdir!

saytların hazırlanması

Evə çatdırılma

⁠“Kristal”dan yayılan uydurma informasiya ilə bağlı açıqlama: Layihənin konstruktiv hissəsi tam təhlükəsizdir!

Sosial

30 Sentyabr 2025 14:23 367


Son günlər sosial şəbəkələrdə "Kristal"ın "Park Yasamal" layihəsi ilə bağlı yayılan video bir sıra suallar doğurub. Həmin videoda mənzillərin birində döşəmə səthində əmələ gəlmiş çat təsvir olunub və bunun tikilinin keyfiyyəti ilə bağlı olduğu barədə yanlış təəssürat yaradılıb.

Şirkət tərəfindən verilən məlumata görə, videoda əks olunan görüntülər binanın əsas konstruktiv beton hissəsini deyil, sırf izolyasiya üzərində vurulmuş qoruyucu qatı əks elətdirir, bu halın binanın təhlükəsizliyi və dayanıqlığı ilə heç bir əlaqəsi yoxdur. Bu hal tikinti prosesində rast gəlinə bilən texniki vəziyyətdir və sonrakı mərhələdə tam aradan qaldırılır.

Məsələ ilə bağlı ətraflı məlumat almaq və şirkətin mühəndisinin verdiyi izahı izləmək üçün videoya keçid edə bilərsiniz: Dominos pizza

https://www.youtube.com/watch?v=70jq2ttjnVI

Videoda aydın şəkildə göründüyü kimi, yayılan görüntülər hər hansı əsaslı narahatlıq yaratmır. Bu çatlar binanın keyfiyyətinə, möhkəmliyinə və uzunömürlülüyünə heç bir təsir göstərmir. Layihənin bütün konstruktiv elementləri beynəlxalq standartlara uyğun inşa olunub və tikinti prosesi boyunca müvafiq texniki nəzarət tədbirləri ilə təmin edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!