Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu

saytların hazırlanması

Evə çatdırılma

Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu

Siyasət

01 İyul 2025 23:23 790


Kseniya Sobçak Yekaterinburqda güc strukturları əməkdaşlarının reydi zamanı iki azərbaycanlının ölməsindən sonra Rusiya ilə Azərbaycan arasında qızışan ixtilafı şərh edib.

Oxu.Az-ın xəbərinə görə, rusiyalı jurnalist və ictimai xadim öz "Telegram" kanalında Azərbaycan mətbuatında mərhumların meyitlərinin yarılması ilə bağlı yayılan görüntülərə diqqət çəkib.

Halbuki Rusiyanın İstintaq Komitəsi Səfərov qardaşlarından birinin ölüm səbəbi kimi ürək çatışmazlığını göstərir. pizza mizza

Sobçak vurğulayıb ki, şəxs şübhəli olsa belə, onun günahı məhkəmədə sübuta yetirilməlidir və bu, işgəncələrə bəraət qazandıra bilməz:

"Onların hansı millətdən olmasının, hansı vətəndaşlığa sahib olmasının və ya nədə şübhəli bilinmələrinin fərqi yoxdur".

Sobçakın sözlərinə görə, hüquq-mühafizə orqanlarının ayrı-ayrı əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala gətirib çıxarıb:

"Və sonra təəccüblənəcəyik ki, niyə bizi "orada" bəyənmirlər, bizi gözləmirlər və niyə bizi saxlayırlar. Bütün bunlar ona görədir ki, kimsə öz cəzasızlığına həddindən artıq inanıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!