KTMT Azərbaycan-Ermənistan sərhəddində baş verənlərə münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

KTMT Azərbaycan-Ermənistan sərhəddində baş verənlərə münasibət bildirdi

Rəsmi

29 İyul 2021 18:31 3832


"KTMT Ermənistan və Azərbaycan sərhədində gərginliyin daha da artması təhlükəsindən narahatdır".

Yenisabah.az xəbər verir ki, bu, KTMT baş katibi Stanislav Zasın bəyanatında deyilir.

“2021-ci il iyulun 28 -nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində hərbi toqquşmalar baş verib, nəticədə Ermənistan silahlı qüvvələrinin üç hərbçisi ölüb, dördü yaralanıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət alanlara tezliklə yaxşılaşmalarını arzu edirəm. Sezar pizza

Ciddi narahatlıq bölgədə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyanatında təsbit olunmuş üçtərəfli formatda razılaşmaların həyata keçirilməsinə mənfi təsir göstərə biləcək gərginliyin daha da artması təhlükəsindən qaynaqlanır.

Güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətləri həll etmək üçün yalnız siyasi və diplomatik üsullardan istifadə edilməlidir.

Rusiya Federasiyasının bölgədəki vəziyyəti sabitləşdirməyə yönəlmiş səylərini alqışlayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!