"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı təkliflərin hazırlanması üzərində işini davam etdirir".
Yenisabah.az "Belta"ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə təşkilatın baş katibi Stanislav Zas bildirib.
“Ötən həftə onlayn rejimdə keçirilən dövlət başçılarının sonuncu sammitində missiyanın nəticələrinə dair təkliflər müzakirə olunub (Ermənistan-Azərbaycan sərhədində olmuş KTMT missiyası nəzərdə tutulur - red.). Söhbət bitməyib. Hazırda bu təkliflər yekunlaşmaq üzrədir. Bu mövzu, o cümlədən qarşıdan gələn Kollektiv Təhlükəsizlik Şurasında müzakirə olunacaq”, - deyə KTMT-nin baş katibi qeyd edib. Toyuqlu pizza
Telegram kanalımız