KTMT Ermənistana yardım göstərəcək

saytların hazırlanması

Evə çatdırılma

KTMT Ermənistana yardım göstərəcək

Rəsmi

23 Noyabr 2022 13:56 1047


KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi ilə bağlı qərar layihəsinə ümumi razılıq verilib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas KTMT xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin birgə iclasında deyib.

“Qafqaz regionunda Ermənistanın və digər iştirakçıların sülh sazişlərinə nail olmaq, sərhədləri leqallaşdırmaq və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarmaq üçün səyləri müsbət rol oynayır. Bununla belə,  Ermənistan-Azərbaycan sərhədində hələ də gərginlik var”, - deyə Zas vurğulayıb. Dominos pizza

Onun sözlərinə görə, KTMT-nin Böhran Vəziyyətlərinə Nəzarət Mərkəzindən daxil olan məlumatlar Ermənistan-Azərbaycan sərhədində demək olar ki, hər gün atışmaların baş verdiyini təsdiqləyir.

“Bu baxımdan, Kollektiv Təhlükəsizlik Şurasının üç növbədənkənar iclasının (may, sentyabr, oktyabr) müzakirələri Ermənistan Respublikası üçün yaranan təhlükələrə həsr olunub. Ümumiyyətlə, Kollektiv Təhlükəsizlik Şurasının KTMT-nin monitorinq missiyasının nəticələri və tövsiyələri əsasında Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsi razılaşdırılıb”, - deyə Zas əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!