KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov Ermənistana səfəri çərçivəsində Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin ilə görüşüb.
Yenisabah.az “Armenpress”ə isitnadla xəbər verir ki, bu barədə KTMT-nin “Telegram” kanalı video yayıb.
“Biz hökmən gəlməliydik, hətta bu, bizim öhdəliyimizdir”, - deyə general Sidorov bildirib. Dominos pizza
Sergey Kopırkin də öz növbəsində bildirib ki, Sidorov Ermənistana çox mühüm missiya ilə gəlib və onu burada gözləyirlər.
Xatırladaq ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının qərarına əsasən, 2022-ci il sentyabrın 15-də KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi müşahidə missiyasının aparıcı qrupu Ermənistan Respublikasına gəlib.
Telegram kanalımız