KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası noyabrın 23-də İrəvanda keçiriləcək.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Şuranın məlumatında qeyd olunub.
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında Rusiya Belarus, Qazaxıstan, Qırğız və Tacikistan prezidentləri iştirak edəcək. Dördpendirli pizza
Kollektiv Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual problemlərini və KTMT-nin fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər. Ən vacib məsələlərdən biri KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlərin müzakirəsi olacaq.
Sessiya zamanı Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin qəbulu planlaşdırılır.
Telegram kanalımız