KTMT Qırğızıstanda birgə təlim keçirir

saytların hazırlanması

Evə çatdırılma

KTMT Qırğızıstanda birgə təlim keçirir

Rəsmi

07 Sentyabr 2021 12:49 672


Qırğızıstanın "Edelveys" poliqonunda KTMT-in "Rubej-2021" birgə təlimləri başlayıb.

Yenisabah.az xəbər verir ki, təlimlərdə Qazaxıstan, Tacikistan, Qırğızıstan və Rusiya Federasiyası silahlı qüvvələrinin hərbçiləri, həmçinin Birləşmiş Qərargahın və KTMT Katibliyinin əməliyyat qrupları iştirak edir.

Təlim zamanı birgə planlaşdırma və hərbi əməliyyata hazırlıq işləri aparılacaq. pizza sifarişi

Praktiki mərhələdə KTMT üzvü olan bir dövlətin ərazisini işğal etmiş qanunsuz silahlı birləşmələrin döyüş qruplarının və dəstələrinin bloklanması və məhv edilməsi məsələləri işləniləcək.

Təlim sentyabrın 9 -da başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!