Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə KTMT Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən sammitinin yekunu üzrə qəbul edilmiş bəyannamədə deyilir:
"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanmanın və qeyd-şərtsiz sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıyıq". pizza sifarişi
Telegram kanalımız