KTMT Tacikistana hərbi yardım göstərməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

KTMT Tacikistana hərbi yardım göstərməkdən imtina etdi

Dünya

08 İyul 2021 23:48 1185


Tacikistanın Əfqanıstanla sərhədinin müdafiəsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələrinin cəlb edilməsinə ehtiyac yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu KTMT birləşmiş qərargahının rəisi Anatoli Sidirov “Russia Today”ə müsahibəsi zamanı bəyan edib.

O, bildirib ki, Tacikistan hərbçiləri sərhədin qorunması işinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Ölkənin yalnız texniki yardıma ehtiyacı var. Dördpendirli pizza

Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasının ardından ölkədəki Taliban yaraqlıları fəallaşıb. Onlar bir sıra əraziləri, o cümlədən də Tacikistanla sərhəd rayonlarını ələ keçiriblər. Sərhəd zastavalarında xidmət edən Əfqanıstan hökumət qüvvələrinin yüzlərlə hərbçisi isə ölüm təhlükəsi altında sərhədi keçərək Tacikistan ərazisinə daxil olublar.

Məsələ ilə bağlı Tacikistanın KTMT yanında daimi nümayəndəsi Həsən Sultonov sərhəd böhranının həlli üçün təşkilata müraciət edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!