2016-2018-ci illərdə Kubada olan ABŞ diplomatları səhhətləri ilə bağlı ciddi problem yaşayıb.
"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, vertigo, koordinasiya pozğunluğu, eşitmə və görmə problemləri ilə həkimə müraciət edən 40 diplomat və ailə üzvləri MRT-dən (Maqnit rezonans tomoqrafiya) keçib. Tomoqrafiyanın nəticəsinə görə, onların beyninin bəyaz maddəsində və hərəkətləri idarə edən beyincik hissəsində fərqliliklər əmələ gəlib.
Pensilvaniya Universitetinin profosseru Ragini Vermanın sözlərinə görə, onların beyinlərinə nəsə olub: Pepperoni pizza
"Bu əvvəlcədən mövcud olan bir şey deyil".
Məsələ daha öncə də gündəmə gəlmiş, Kubanın diplomatlara sonar hücum etdiyi fikirləri yayılmışdı. Son araşdırmaların nəticələri elan olunduqdan sonra Kubanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Ağ Evə müraciət edib. Müraciətdə belə deyilib:
“Yeni sanksiyalar tətbiq etmək üçün bəhanə uydurmayın”.
Elnarə İlham
Telegram kanalımız