“Kubinka”da Bibiqulunu narkotiklə tutdular

saytların hazırlanması

Evə çatdırılma

“Kubinka”da Bibiqulunu narkotiklə tutdular

Kriminal

05 Avqust 2021 17:25 1939


Bakı şəhərində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilsi istiqamətində əməliyyatlar davam etdirilir.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, paytaxtın “Kubinka”, “Papanin” və s. ərazilərində əməliyyat zamanı əvvəllər məhkum olunmuş Abbas Musayev və Mirzə Səfərov saxlanılıblar.

Araşdırma zamanı bu şəxslərin metamfetamini (“patı”) “Kubinka” adllanan ərazidə narkotik maddələrin satışı ilə məşğul olan Bibiqulu adlı şəxsdən aldıqları məlum olub. Saxlanılan Bibiqulu Əzməmmədov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Marqarita pizza

Bundan başqa, eyni əmələ görə paytaxt sakini Kamran Bağışlı Buzovna qəsəbəsi ərazisində saxlanılıb. Axtarış zamanı 35 qram yaxın metamfetamin aşkar edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!