Klublarımızın maraqlandığı özbək futbolçuya 160 min dollar qiymət qoydular

saytların hazırlanması

Evə çatdırılma

Klublarımızın maraqlandığı özbək futbolçuya 160 min dollar qiymət qoydular

İdman

08 Yanvar 2021 14:53 756


Özbəkistan millisinin və "Nasaf"ın hücumçusu Bobur Abdixalikov Azərbaycan klublarına təklif olunub.

Yenisabah.az-ın məlumatına görə, 23 yaşlı forvarda aid dosye "Neftçi" və "Keşlə" rəhbərliyinin masası üzərinə qoyulub.

"Keşlə" asiyalı legionerin xidmətindən bəribaşdan imtina edib. Çünki menecerlər bu keçidin baş tutması üçün Premyer Liqanın bürünc medalçısından 160 min dollar istəyib. Marqarita pizza

"Neftçi" isə qarşı tərəfə nə "hə", nə də "yox" deyib. "Ağ-qaralar" gözləmə mövqeyi tutub. Səbəbi məlumdur: Samir Abasov bu mövqe üzrə başqa namizədlər haqda da məlumat toplayır.

Bobur Özbəkistanın U-19 və U-23 yığmalarının formasını geyinib. İlk dəfə 2018-ci ildə ölkəsinin əsas millisinə çağırılıb və yalnız 1 dəfə meydana çıxıb. O, 2015-ci ildən yetirməsi olduğu "Nasaf"ıın "A" komandasında çıxış edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!