Kubok oyunu öncəsi “Neftçi“nin heyətində problemlər

saytların hazırlanması

Evə çatdırılma

Kubok oyunu öncəsi “Neftçi“nin heyətində problemlər

İdman

26 Aprel 2023 12:41 905


Azərbaycan kubokunun yarımfinalının cavab matçında bu gün “Turan Tovuz”u qəbul edəcək “Neftçi”nin heyətində problemlər var. 

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Qol.az-a verdiyi məlumata görə, Eddi İsrafilov cəzalı durumda olduğundan bugünkü matçı buraxacaq. O, daha bir neçə futbolçunun oyunda iştirakının sual altında olduğunu deyib:

“Qapıçı İvan Brkiçdə qırzdırma var. Oynayıb-oynamayacağını bilmirik. Azər Əliyev dünən sona qədər məşq edə bilmədi. Mateus Saldanyanın elə “Turan Tovuz”la oyunda ayağına zərbə vurmuşdular. Hələ də onun durumu tam bəlli deyil. Meydana çıxıb-çıxmayacağı oyun saatı bilinəcək. Bu futbolçuların heç biri dünənki məşqdə tam gücü ilə çalışa bilmədilər”. pizza

Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” matçı saat 20:00-da başlayacaq. Komandalar arasında keçirilən ilk oyunda “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!