"Deyirlər ki, necə gözəlləşmisən. Allaha and olsun ki, üzümə heç nə etməmişəm. Üzümə nur gəlib. Anam 80 yaşında vəfat edəndə üzündə bir qırış yox idi".
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Zaurla Günaydın" proqramında deyib.
Aktrisa plastik əməliyyat etdirməsini deyənlərə cavab verib. pizza sifarişi
Övladlarından danışan K.Əliyeva bildirib: "Yaxşı ki, 3 övlad dünyaya gətirmişəm. İndi 1 övlad dünyaya gətirilər. İstəmirlər. Biz 9 uşaq olmuşuq. Valideynlərimiz bizi yaxşı da geyindirib, yedizdirirdilər".
K.Əliyeva bir müddət əvvəl üzündə plastik əməliyyat etdirmişdi. Aktrisa 2021-ci ildə bunun üçün bıçaq altına yatmışdı.
Telegram kanalımız