Kübra Əliyeva yıxılmağından danışdı: Allahın sınağı idi - Video

saytların hazırlanması

Evə çatdırılma

Kübra Əliyeva yıxılmağından danışdı: Allahın sınağı idi - Video

Şou

18 Aprel 2024 11:05 570


Əməkdar artist Kübra Əliyeva bir neçə həftə əvvəl yıxılaraq ayağını əzdiyini və başından ağır zədə aldığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, aktrisa bu haqda qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb:

“Mən həyatın hər sınağına hazıram. Əgər bu yaşımda bu sınaq idisə... Hamıya da deyirəm ki, küçəyə çıxanda və hardansa geri qayıdanda ehtiyatlı olun. Dördpendirli pizza

Yıxılanda bu dünyaya geri qayıtdığıma görə çox sevindim. Nə qədər huşsuz qalmışam bilmirəm. Gözümü açanda sarışın bir qızı gördüm. Ona sual verdim ki, kimsən? 

Sanki kimsə məni qaldırıb yerə çırpmışdı. Nələrin baş verdiyindən bixəbər idim. Bu, Allahdan gələn bir sınaqdır. Görünür, Allah mənim hansısa bir günahımı bağışladı. Yıxılsam da, sınığım və ya çıxıntım olmadı. Əzildim...

Hadisədən 25 gün keçdi. Yıxılanda gicgahım dəyib. Bir gün sonra gördüm ki, sanki gözümün içinə narı sıxıblar, qıpqırmızı idi. Həmin halda şəklimi çəkib həkimə göndərdim. Mənə dərman yazdı, onu qəbul etdim, 2-3 gündən sonra qızartı çəkildi”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!