Küçədə öpüşənlərlə bağlı - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Küçədə öpüşənlərlə bağlı - Açıqlama

Sosial

17 Mart 2020 08:46 2054


Ötən gün sosial şəbəkələrdə iki sevgilinin Bakının mərkəzində öpüşdüyünü əks etdirən foto yayılıb. Cütlüyün bu davranışı yenə də müzakirə mövzusuna çevrildi.

Ümumiyyətlə, son illərdə ictimai yerlərdə, məkanlarda öpüşməklə bağlı çoxsaylı müzakirələr olur. Sosial şəbəkələrdə, mətbuatdakı rəyləri nəzərə alsaq, deyə bilərik ki, əksəriyyət bu cür davranışları qıcıqla qarşılayır, tənqid edir, Azərbaycan mentalitetinə uyğun olmadığını bildirir. Bəziləri isə bu cür davranışın heç də məsuliyyət yaratmadığını, müasirlik, azadlıq kimi qəbul etdiyini qeyd edirlər.

Bir sıra müsəlman ölkələrində, o cümlədən Hindistanda ictimai yerlərdə hisslərin nümayiş etdirilməsini qadağan edən qanunlar var. Bəzi ölkələrdə öpüşmək hətta mühakimə olunmaqla nəticələnə bilər. Təkcə müsəlman deyil, bir sıra xristian ölkələrində də bəzən bu məsələ birmənalı qarşılanmır. pizza hut

Xatırladaq ki, 2003-cü ildə Moskva meri ictimai yerlərdə öpüşənlərin cərimə olunacağı və ya qısa müddətə həbs olunacağı barədə qərar qəbul edəcəyini açıqlamışdı. Lakin merin bu açıqlamasına əhəmiyyət verən olmadı və cütlüklər öz hisslərini bildirməkdən çəkinmədilər.

Avstriya paytaxtı Vyananın rəhbərliyi isə hesab edir ki, ictimai nəqliyyatda öpüşənlər başqalarına qarşı bir qədər sayğılı olmalıdırlar. Asiyada ictimai yerlərdə öpüşmək tabu sayılsa da, tibetlilər arasında bu qədim ənənədir. Sinçan vilayətinin Aba rayonunda öpüşmək üzrə hətta mərasimlər də təşkil olunur.

Bəs yerli ekspertlərin bu məsələdə mövqeyi necədir?

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bəli, bəziləri bu məsələni müasirlik hesab edir. Bildirirlər ki, Avropada heç kəs buna pis baxmır və sairə. Lakin  bunun deyən şəxslər bir qədər dərindən düşünmür ki, Avropada edilən hər bir hərəkət o demək deyil ki, yaxşıdır. Avropa ideal cəmiyyət deyil. Hazırda Avropanın özü çox ağır vəziyyətdədir. Bir sıra avropalı sosioloqlarla mütəmadi görüşlərimiz, söhbətlərimiz olur. Onlar da razılaşırlar ki, Qərbdə mövcud olan davranışları ideallaşdırmağın özü avamlıq əlamətidir. Çünki Avropa artıq başa düşməkdədir ki, müəyyən zamanda mənəvi dəyərlərə o qədər də diqqət etmədiyindən hazırda bir sıra problemlərlə üz-üzə qalıb.

Bir faktı qeyd etmək istəyirəm, 2008-ci ildə Mövlanənin kitabı Amerikada ən çox satılan kitab olmuşdu. Avropanın özü indi Şərqi, onun mənəvi məsələlərini, mədəniyyətini daha çox öyrənməyə başlayıb. Bu istiqamətdə artıq işlər görülür. Əgər Avropada küçədə öpüşürlərsə, bu, o demək deyil ki, çox yaxşı davranışdır. Halbuki düşünmək lazımdır ki, bu hərəkət cəmiyyətə bir ahəngdarlıq, yoxsa gərginlik gətirir? Bu məsələdə meyar ondan ibarət deyil ki, “mən azadam və küçədə öpüşə bilərəm”. Meyar odur ki, bu davranış sənin həyatına, ətrafına, cəmiyyətə necə təsir göstərir. Ona görə də bu  davranışa “müasirlikdir” demək yanlışlıqdır. Bunun adı mədəniyyətsizlikdir. Mədəniyyətə belə tərif vermək olar - o adam mədənidir ki, qarşısına qoyduğu məqsədə doğru göstərdiyi fəaliyyətdə ahəngdarlıq yaradır. Beləliklə, ətrafımızda, kollektivimizdə ahəngdarlıq yaradan insanlara daha mədəni şəxs kimi yanaşırıq".

Hüquqşünas: “İctimai yerdə öpüşmək məsuliyyət yaratmır”

Bəs ictimai yerlərdə bu cür davranış nümayiş etdirmək hüquqi məsuliyyət yaradırmı?

Hüquqşünas Əlövsət Allahverdiyev mövzuya bu cür açıqlama verib: “Ümumiyyətlə, ictimai yerdə gənclərin öpüşməsini qadağan edən hər hansı norma yoxdur. Bu, insanların şüurunda formalaşan əxlaq normaları, adət-ənənələrlə bağlı məsələdir. Adətən bu davranışa yol verən gənclər, sadəcə, ictimai qınaqla üzləşir. Hər halda, bu, tam doğrudur. İnsan öz hisslərinə hakim olmağı bacarmalıdır. Bizim dəyərlərdə isə bu doğru hesab olunmur. Bunun üçün də bu cür davranışları gözləməliyik. Bütün hallarda gənclər dəyərlərimizə əməl etməlidir. Bəzən olur ki, həmin gəncləri tərbiyəsiz deyib təhqir edirlər. Bu da yolverilməzdir. Sadəcə, bunun həmin gənclərin yaş dövrü ilə bağlı olduğunu nəzərə almaq lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!