Küçədə zor tətbiq edib 230 manatını aldılar

saytların hazırlanması

Evə çatdırılma

Küçədə zor tətbiq edib 230 manatını aldılar

Kriminal

24 Aprel 2019 19:45 757


Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şosesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb. Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkmiş bu barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar. pizza sifarişi

Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!