Koronavirus pandemiyasına görə tətbiq edilmiş xüsusi karantin rejimində fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-dan etibarən fəaliyyətə başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib. Onun sözlərinə görə, icazələr portalına bu saata qədər 3500-ə yaxın təşkilat və qurum 6500-ə yaxın əməkdaş barədə məlumatı sistem üzərindən qeydiyyatdan keçirib.
Ceyhun Salmanov həmçinin qeyd edib ki, hazırda sistemdə müəyyən qədər yükləmə var. O bunun səbəbini vətəndaşların da icazə portalına daxil olaraq icazə almağa çalışdıqları ilə izah edib. “Sistem üzərində iş gedir ki, daha da mükəmməl olsun. Bu sistem çox qısa müddət ərzində hazırlanıb, bunun da səbəbi karantin rejimi ilə əlaqədar sürətli qərarların verilməsidir”, -deyə Ceyhun Salmanov əlavə edib. pizza sifarişi
O həmçinin qeyd edib ki, icazələr sistemindən yalnız fəaliyyətinə icazə verilən qurumlar qeydiyyatdan keçə bilər.
Telegram kanalımız