Külək 100 yaşı olan ağacı aşırdı

saytların hazırlanması

Evə çatdırılma

Külək 100 yaşı olan ağacı aşırdı

Sosial

23 Mart 2019 23:16 952


Tərtərdə külək 100 ilə yaxın yaşı olan ağacın bir hissəsini aşırıb. Yola düşən ağac sakinlərin gediş-gelişinə mane olur. Mingəçevirdə isə irigövdəli ağac beşmərtəbəli binanın üzərinə aşıb.

Hadisə Tərtərin Poladlı kəndində baş verib. Kənd sakini Asif Abbasovun həyətində olan irigövdəli ağacın bir hissəsi güclü küləyin təsiri ilə qırılaraq kənd yoluna aşıb. Ağac sakinlərin gediş-gəlişinə mane olur. Aşan ağac elektrik xətlərinə və qaz borusuna da ziyan vurub. Kəndə elektrik enerjisinin verlişində bir neçə saat fasilə də yaranıb.

Sakinlərin sözlərinə görə, hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat versələr də, ağacın sınan hissəsi ərazidən götürülməyib. pizza sifarişi

Məsələ ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətindən bildirilib ki, problem qısa zamanda aradan qaldırılacaq.

XəzərXəbər

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!