Külək güclənəcək- Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Külək güclənəcək- Xəbərdarlıq

Sosial

24 Mart 2019 16:43 881


Bu gün axşamdan başlayaraq hava küləkli olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan "Yeni Sabah"a verilən məlumata görə, bu gün axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi  15-20 m/s, arabir 23-28 m/s, martın 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s. təşkil edəcək.

Fasilələrlə yağış yağacaq.  Havanın temperaturu  6-8 dərəcə isti olacaq. pizza mizza

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman oalcaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  3-7 dərəcə isti təşkil edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!